Bank Of Baku

Milli komandamız Avropa çempionatında 11 medal qazandı

Milli komandamız Avropa çempionatında 11 medal qazandı
# 27 sentyabr 2011 09:59 (UTC +04:00)
Bakı – APA. Rusiyanın paytaxtı Moskvada keçirilən parataekvondo üzrə ilk Avropa çempionatına yekun vurulub. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, həmvətənlərimiz yarışda 11 medala sahib olublar.

Belə ki, yarışa yollanan 15 idmançımızdan 7 nəfəri final döyüşündə iştirak edib. Onlardan Nicat Müslümov (A6, 68 kq), Aleksandr Polişuk (A6, 80 kq) və Aynur Məmmədova (A8, 57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Namiq Abbasov (A5, 58 kq), Anar Hüseynov (A5, 68 kq), Vüsal İsmayılov (A6, +80 kq) və Cahangir Bayramov (A8, +80 kq) gümüş medal qazanıb. Daha 4 parataekvondoçumuz isə III yerə layiq görülüb. Bunlar Emin Nüsrətdinov, Sahib Xasıyev (A 6, 58), Rövşən Qəhrəmanlı (A 8, 58 kq) və Röyalə Fətəliyevadır (A 8, 49 kq).

Komanda hesabında isə millimiz kişilərin mübarizəsində 3-cü, qadınlar arasında isə 2-ci yeri tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR