Bank Of Baku

Azərbaycanlı boksçu dünya çempionatında növbəti mərhələyə yüksəlib

Azərbaycanlı boksçu dünya çempionatında növbəti mərhələyə yüksəlib
# 27 sentyabr 2011 14:30 (UTC +04:00)
Bakı – APA. Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan milli komandasının 2 boksçusu rinqə çıxıb.

Həmyerlilərimizdən Elvin Məmişzadə (52 kq) ilk döyüşündə indoneziyalı Julio Bria ilə qarşılaşıb. Boksçumuz keçirdiyi hər 3 raundda rəqibindən güclü olub 19:8.

Məmişzadə ikinci döyüşünü oktyabrın 2-də keçirəcək. O, Fransisko Torijosla (İspaniya) qarşılşacaq.

Milli komandamızın kapitanı Rəhim Nəcəfov (56 kq) isə Elvinin uğurunu davam etdirə bilməyib. O, ingiltərəli Luke Kempbellə görüşdə zəif təsir bağışlayıb. Nəticədə Nəcəfov hündürboy və kifayət qədər fiziki cəhətdən üstün olan rəqibinə 7:17 hesabı ilə uduzaraq, yarışda mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyır. Bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR