Bank Of Baku

Daha bir azərbaycanlı boksçu dünya çempionatında mübarizəni dayandırdı

Daha bir azərbaycanlı boksçu dünya çempionatında mübarizəni dayandırdı
# 29 sentyabr 2011 14:12 (UTC +04:00)
Bakı – APA. Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların 4-cü günündə Azərbaycan milli komandasının daha 1 boksçusu mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Emil Əhmədovun çıxışı uğursuz alınıb. 1/32 final mərhələsindən yarışa qatılan həmyerlimiz ilk cəhddəcə italiyalı Danilo Kreatiyə uduzub -13:19.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq dünya çempionatına 9 boksçu ilə qatılan Azərbaycan yığmasından daha öncə Rəhim Nəcəfov (56 kq) mübarizəni dayandırmışdı. Komanda yoldaşlarından fərqli, Elvin Məmişzadə (52 kq) 1/16 finala yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR