Bank Of Baku

Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/16 finala yüksəlib

Azərbaycanın daha bir boksçusu dünya çempionatında 1/16 finala yüksəlib
# 30 sentyabr 2011 14:12 (UTC +04:00)
Bakı – APA. Bakıda boks üzrə dünya çempionatda növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın 5-ci günü Azərbaycan milli komandasının heyətində Heybətulla Hacəliyev (64 kq) rinqə çıxıb.

Misir idmançısı Əli İslamla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib. Birinci raundun fasiləsinə 4:1 hesablı üstünlüklə yollanan təmsilçimiz növbəti hissədə fərqi 5 xala çatdırıb – 10:5. Üçüncü raundda da misirli boksçuya çətin anlar yaşadan Hacəliyev 15:7 hesabı ilə qələbə qazanıb və mərhələ adlayıb.

O, 1/16 finalda Koba Pxakadze (Gürcüstan) ilə qarşılaşacaq. Bu görüş oktyabrın 2-də olacaq.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq London Olimpiadasına lisenziya xarakterli dünya çempionatına 9 boksçu ilə qatılan Azərbaycan yığmasının heyətində Heybətulladan öncə rinqə çıxan 3 idmançıdan yalnız Elvin Məmişzadə (52 kq) 1/16 finala yüksəlib. Yevgeni Kotovun yetirmələrindən Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) isə uduzaraq, mübarizəni dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR