Bank Of Baku

Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başlayıb
# 01 oktyabr 2011 10:15 (UTC +04:00)
Bakı – APA. Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışda bu gün daha bir boksçumuz mübarizəyə qoşulub.

Yığmamızın perspektivli boksçusu Elvin İsayev ilk döyüşündə Reduan Kaya (İsveç) ilə üz-üzə gəlib. Avropa çempionatının 1/4 finalında hakim səhvi səbəbindən uduzan həmyerlimiz bu dəfə layiqli qələbə qazanıb.

İlk raundda 4:3 hesabı ilə isveçli rəqibini məğlub edən Elvin ikinci hissədə də üstünlüyü əldən verməyib – 8:5. Son raundda isə Kayanı 7:3 hesabı ilə məğlub edən boksçumuz yekunda 7 xal fərqi ilə qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb.

Onun 1/16 finalda Madadi Nağzimbekov (Tacikistan) ilə üz-üzə gələcək. Bu görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, mundiala Azərbaycan milli komandası 9 boksçu ilə qatılsa da, bu boksçulardan hələlik Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) mərhələ adlayıb. Təmsilçilərimizdən Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədovun (69 kq) debütü uğursuz alındığından, onlar çempionatı tərk ediblər. Yarışın qalibləri oktyabrın 8-də müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR