Bank Of Baku

Daha bir boksçumuz London Olimpiadasına lisenziya qazanıb

Daha bir boksçumuz London Olimpiadasına lisenziya qazanıb
# 05 oktyabr 2011 15:03 (UTC +04:00)
Bakı – APA. Azərbaycan boksçusu Teymur Məmmədov (91 kq) ölkəmiz üçün London Olimpiadasına 21-ci lisenziyanı və Bakıda keçirilən dünya çempionatında ilk medalı qazandırıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionumuz buna mundialın 1/4 final mərhələsində Xose Lardueti (Kuba) məğlub etməklə nail olub.

Belə ki, Emmanuel Anderson (Barbados) və Yozef Darmos (Macaristan) üzərində inamlı qələbə qazanan Məmmədov kubalı dünya çempionu ilə ilk raunddan yiyələndiyi üstünlüyü sona kimi qoruyub.

Fasiləyə 2 xal irəlidə yollanan boksçumuz növbəti hissədə rəqibindən az dəqiq zərbə vursa da, yekunda 24:20 hesabı ilə layiqli qələbə qazanıb. Bu qalibiyyətlə isə boksçumuz həm Olimpiya lisenziyasını, həm də ən azı özü üçün bürünc medalı təmin edib.

Məmmədov yarımfinalda yarımfinalda Xuanxuan Vanq (Çin) – Vasili Levit (Qazaxıstan) döyüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Məmmədov lisenziya qazanan 4-cü boksçumuz olub. Bundan əvvəl Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) Olimpiya Oyunlarına lisenziya qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR