Bank Of Baku

Azərbaycan London Olimpiadasına 22-ci lisenziyanı qazanıb

Azərbaycan London Olimpiadasına 22-ci lisenziyanı qazanıb
# 06 oktyabr 2011 08:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov (+91) milli komandamıza 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunları üçün 22-ci lisenziyanı qazandırıb. Apasport.az saytının məlumatına görə, idmançımız bunu Bakıda keçirilən boks üzrə dünya çempionatında yarımfinala çıxmaqla reallaşdırıb.
Belə ki, ilk 2 döyüşdə Sərdor Abdullayev (Özbəkistan) və İsaia Mena Parraya (Kolumbiya) nokdaunla qalib gələn Məhəmmədrəsul Məcidov bu dəfə Erislandi Saboya (Kuba) gücünü göstərib. O, kubalı rəqibini də vaxtından əvvəl məğlub edərək, mərhələ adlayıb. Məhəmmədrəsul rəqibini II raundda nokdauna salıb.

Yarımfinala yüksələn Məcidov həm də özü üçün ən azından bürünc medalı qazanıb. Onun yarımfinaldakı rəqibi İvan Diçko (Qazaxıstan) olacaq.
Qeyd edək ki, dünya çempionatında yığmamızın aktivinə ikinci medalı yazdıran Məhəmmədrəsuldan öncə boksçularımızdan Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq) və Teymur Məmmədov (91) Olimpiadada iştirak hüququna yiyələnmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR