Bank Of Baku

2 boksçumuz AİBA-nın reytinq siyahısında birinci yerdədir

2 boksçumuz AİBA-nın reytinq siyahısında birinci yerdədir
# 01 noyabr 2011 12:04 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünya çempionatının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından ikisi – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) öz çəkilərində birinci yerdədirlər.

Onlardan fərqli, dünya çempionatında uğursuz çıxış edən Salman Əlizadə 1-ci sıradakı mövqeyini əldən verib. Millimizin üzvü 49 kq çəki dərəcəsi olan boksçular arasında 2-ci yerə enib. London Olimpiadasına lisenziya qazanan Elvin Məmişzadə (52 kq) 3-cü pillədədir. 56, 69 və 81 kq çəki dərəcələrində reytinq cədvəlində Azərbaycanın heç bir boksçusu yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR