Bank Of Baku

Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin edilib

Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin edilib
# 02 noyabr 2011 07:57 (UTC +04:00)
Bu barədə apasport.az saytına Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov məlumat verib.

O bildirib ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu federasiyada gənclər üzrə vitse-prezident kimi fəaliyyət göstərəcək: “Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb”.

Xatırladaq ki, Mansurov 2 ay öncə İstanbulda başa çatan dünya çempionatından sonra baş məşqçi postundan ayrılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR