Bank Of Baku

Tanınmış boksçu Co Freyzer vəfat edib

Tanınmış boksçu Co Freyzer vəfat edib
# 08 noyabr 2011 07:08 (UTC +04:00)
Bakı-APA. Tanınmış amerikalı boksçu Co Freyzer Filadelfiyada vəfat edib. APA-nın məlumatına görə, idmançının ailəsi Co Freyzerin qaraciyər xərçəngindən dünyasını dəyişdiyini bildirib. 67 yaşlı boksçunun qaraciyərində xərçəng aşkarlanması barədə məlumat noyabrın 7-də yayılıb. Qərb mətbuatının yazdığına görə, Freyzer son günlər koma vəziyyətində olub və həkimlər onun sağalması şansının sıfıra bərabər olduğunu bildiriblər.
Qeyd edək ki, Co Freyzer “Minilliyin döyüşü” adlanan qarşılaşmada dünyanın bir nömrəli boksçusu Məhəmməd Əliyə qalib gəlməklə məşhurlaşıb. Bu döyüş 1971-ci ildə Nyu-Yorkda keçirilib. 1976-cı ildə peşəkar boksçu karyerasını başa vuran Freyzer o gündən bəri yalnız bir dəfə, 1981-ci ildə rinqə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR