Bank Of Baku

“Baku Fires”in yeni mövsüm üçün heyəti açıqlanıb

“Baku Fires”in yeni mövsüm üçün heyəti açıqlanıb
# 09 noyabr 2011 11:08 (UTC +04:00)
Bakı – APA. Dünya Boks Seriyası (WSB) 2011/2012 mövsümu üçün komandaların heyətlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” klubunun heyətinə 15 boksçu daxil edilib.

Onlardan 8-i 2010/2011 mövsümündə də komandamızın şərəfini qoruyublar. Belə ki, London Olimpiadasına vəsiqə qazanan boksçularımız - dünya çempionu Məhəmmədrəsul Məcidov və Soltan Miqitinov – bu il də “Baku Fires” klubunun uğurları üçün tər tökəcəklər.
Komandaya yeni qoşulan idmançılardan 2010-cu ilin Avropa çempionatının bürünc mükafatçısı belaruslu Nikolay Veselov və 2009-cu ilin Asiya çempionatının bürünc mükafatçısı, tacikistanlı Mədadi Naqzibəyovu adını çıkmək olar.
Qeyd edək ki, Bakıda 2011/2012 mövsümün ilk matçı noyabrın 12-də saat 19:00-da “Sərhədçi” Olimpiya idman mərkəzində keçiriləcək. Rəqib Çinin “Wuxi Dragons” klubu olacaq.

“Baku Fires” klubunun 2011/2012 mövsümü üçün heyəti:

Çəki kateqoriyası

Boksçu

Nailiyyətləri

Ölkəsi

54 kq

Məhəmməd Əbdülhəmidov

 

Azərbaycan

54 kq

Qairbek Qermaxanov

Avropa Kuboku-2010 – bürünc medal

Azərbaycan

54 kq

Tuqstsoqt Nyambayar

Dünya çempionatı-2009 – gümüş medal

Monqolustan

61 kq

İsa İsayev

Umaxanov Memorialı-2010 - gümüş medal

Azərbaycan

61 kq

Semyon Qrivaçyov

AIBA Prezidenti Kuboku-2009 – qızıl medal

Azərbaycan

61 kq

Mədadi Naqzibəyov

Asiya çempionatı-2009 – bürünc medal

Tacikistan

73 kq

Məhəmməd Nurudzinov

Olimpiya Oyunları-2008 - iştirakçı

Belarus

73 kq

Nikolay Veselov

Avropa çempionatı-2010 – bürünc medal

Belarus

73 kq

Soltan Miqitinov

WSB Şəxsi çempionatı - 2010/2011 - finalçı

Beynəlxalq turnir, Qazaxıstan, 2009 - gümüş

Umaxanov Memorialı-2007 - gümüş 

Azərbaycan

73 kq

Heybulla Mürsəlov

 

Azərbaycan

85 kq

Azamat Murtuzəliyev

Umaxanov Memorialı-2011 - bürünc medal

Azərbaycan

85 kq

Ramazan Məhəmmədov

 

Azərbaycan

91 kq

Hacı Murtuzəliyev

 

Azərbaycan

91 kq

Əbdülqədir Abdullayev

 

Azərbaycan

91 kq

Məhəmmədrəsul Məcidov

WSB Şəxsi çempionatı - 2010/2011 - finalçı

Dünya çempionatı-2011 – qızıl medal

Azərbaycan

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR