Bank Of Baku

Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycana qarşı irəli sürülən rüşvət ittihamlarının əsassız olduğunu bəyan edib

Beynəlxalq Həvəskar Boks Assosiasiyası Azərbaycana qarşı irəli sürülən rüşvət ittihamlarının əsassız olduğunu bəyan edib
# 13 dekabr 2011 07:02 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, beynəlxalq qurumun xüsusi təhqiqat komitəsi bununla bağlı araşdırmanı yekunlaşdırıb.

Qeyd edək ki, bu ilin sentyabrında “BBC Newsnight” proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödənməsi ilə bağlı məlumat verilib. Gizli mənbələrə istinadən yayılan məlumatda bildirilirdi ki, WSB rəhbəri pulun Azərbaycan boksçularının “London-2012”-də 2 qızıl medal qazanmasına zəmanət olaraq verildiyini iddia edib. Məsələ ilə əlaqədar AİBA 5 nəfərdən ibarət xüsusi qrup yaradıb. Qrup televiziya verilişində səslənən faktların araşdırılması ilə məşğul olub. Araşdırma nəticəsində aydınlaşıb ki, söhbət fərdi sahibkar Həmid Həmidovun Amerika boksuna qoyduğu təmiz kommersiya investisiyalarından gedir.

Nəticədə Azərbaycana qarşı ittihamlar ciddi sübutlara söykənmədiyi üçün əsassız sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR