Bank Of Baku

Azərbaycan boksçuları Avropa çempionatında 5 bürünc medal qazandılar

Azərbaycan boksçuları Avropa çempionatında 5 bürünc medal qazandılar
# 16 dekabr 2011 11:25 (UTC +04:00)
Bakı – APA. Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 7 boksçu ilə yollanmış milli komandamız 5 bürünc medala sahib olub.
Kamran Məlikov (52 kq), Şaban Şahpələngov (56 kq), Elnur Zeynalov (64 kq), Rauf Rəhimov (81 kq) və Fərid Paşayev (91+kq) Avropa çempionatını 3-cü yerdə başa vurublar. Tələbələr arasında yarışda 18 ölkənin 100-ə yaxın boksçusu mübarizə aparıb.
Boksçularımızdan yalnız Salman İbrahimov (60 kq) və Yolçu Zeynalov (75 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Ceyhun Əbiyev yarışda ölkəmizi hakim kimi təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR