Bank Of Baku

Azərbaycan taekvondoçuları son lisenziya yarışına yollanırlar

Azərbaycan taekvondoçuları son lisenziya yarışına yollanırlar
# 16 yanvar 2012 14:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycan taekvondoçuları yanvar 27-29-da Rusiyanın Kazan şəhərində 2012-ci il London Yay Olimpiya Oyunlarına son lisenziyalar uğrunda Avropa Təsnifat Turnirinə yollanmağa hazırlaşır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamızın məşqçilər heyətinin qərarı ilə yarışda iştirak edəcək Təvəkkül Bayramov (+80 kq) və Günay Ağakişiyeva (57 kq) yanvarın 23-də səfərə yollanacaq və 8 gün sonra vətənə dönəcəklər.

Bu turnir taekvondoçularımızın London olimpiadasına lisenziya əldə etmələri üçün son imkandır. Artıq iki taekvondoçumuz - Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər.

Qeyd edək ki, bir neçə gün öncə Dünya Taekvondo Federasiyası (WTF) tərəfindən Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti Füzuli Musayev yarışa Nəzarət komissiyasının üzvü təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR