Bank Of Baku

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib - FOTO

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş idman turnirləri keçirilib - <font color=red>FOTO</font>
# 19 yanvar 2012 13:47 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yeniyetmə və gənclərin idmana cəlb olunması və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi daşıyan yarışda 90-a yaxın idmançı qüvvəsini sınayıb. Müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutmuş idmançılar Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.

Rayonun Ərkivan qəsəbə mədəniyyət və idman mərkəzində də 20 Yanvar şəhidlərinin xatirəsi şərəfinə Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib. Yarışda 100-ə yaxın idmançı iştirak edib və ən layiqli 3 pəhləvana Rayon Gənclər və İdman İdarəsinin mükafatları verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR