Bank Of Baku

Trabzonda boks üzrə Avropa təsnifat yarışında 26 Olimpiada lisenziyası veriləcək

Trabzonda boks üzrə Avropa təsnifat yarışında 26 Olimpiada lisenziyası veriləcək
# 24 yanvar 2012 08:21 (UTC +04:00)
Bakı-Apa. Türkiyənin Trabzon şəhərində keçiriləcək boks üzrə Olimpiya oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirinə 3 aydan az vaxt qalıb. Apasport.az saytının məlumatına görə, artıq AİBA qardaş ölkədəki yarışda neçə lisenziya qazanılacağını açıqlayıb.
Trabzondakı turnirdə cəmi 26 boksçu London Olimpiadasına vəsiqənin sahibi olacaq. Azərbaycan Trabzon turnirində 49, 56, 60, 69 və 81 kq çəki dərəcələrində təmsil olunacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzu Olimpiadaya vəsiqə qazanmaq üçün daha çətin sınaq gözləyir. Belə ki, bu çəki dərəcəsində yalnız finalçılar Londona yollanmaq şansı əldə edəcəklər. 81 kq-da isə ilk 3 yerin sahibləri Olimpiadaya lisenziyaya yiyələnəcəklər. 49 kq çəki dərəcəsində mübarizə aparacaq boksçumuzun digərlərinə nisbətən işi daha asan olacaq. Bu çəkidə ilk 5 yeri tutan idmançılar Londona gedə biləcəklər. 56 və 60 kq çəki dərəcələrində 1-4-cü yeri tutan boksçular Olimpiadada iştirak edəcəklər.
Xatırladaq ki, Bakıda keçirilmiş dünya çempionatında 92 idmançı planetin ən böyük yarışında iştirak etmək hüququ qazanmışdı.


Qİtələr üzrə

Çəki dərəcəsi

Afrika

Amerika

Asiya

Avropa

Okeaniya

CƏMİ

49 kq

6

3

0

5

1

15

52 kq

6

2

4

3

1

16

56 kq

5

4

3

4

1

17

60 kq

6

4

1

4

1

16

64 kq

6

5

4

1

1

17

69 kq

6

5

3

2

1

17

75 kq

5

5

5

1

1

17

81 kq

4

4

3

3

0

14

91 kq

2

3

1

1

1

8

+91 kq

2

3

1

2

1

9

CƏMİ

48

38

25

26

9

146

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR