Bank Of Baku

Azərbaycan güləşçiləri Ukraynada xatirə turnirində 5 qızıl və 3 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri Ukraynada xatirə turnirində 5 qızıl və 3 bürünc medal qazanıblar
# 26 yanvar 2012 08:08 (UTC +04:00)
Bakı-APA. Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət Azərbaycan milli komandası 5 qızıl və 3 bürünc medal qazanıb.

Heyətdə yer alan Əli Məmmədov (50 kq), Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Toğrul Yunisli (74 kq) və Zaur Mehrəliyev (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Ənvər Cəfərov (66 kq), Soltan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamız bu gün Vətənə qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR