Bank Of Baku

Azərbaycanın 23 cüdoçusu Gürcüstanda keçirilən Dünya Kuboku yarışında iştirak edir

Azərbaycanın 23 cüdoçusu Gürcüstanda keçirilən Dünya Kuboku yarışında iştirak edir
# 28 yanvar 2012 13:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Dünya Kuboku uğrunda iki gün davam edəcək cüdo üzrə yarışlara start verilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün yarışda 7 nəfər Azərbaycan cüdoçusu iştirak edib. Məlumata görə, onların hamısı məğlub olub. Sabah davam edəcək yarışda Ermənistanda qələbə qazanan idmançımız Elmar Qasımov daxil olmaqla digər təmsilçilərimiz iştirak edəcəklər.

Xatırladaq ki, Tiflis İdman Sarayında təşkil olunan Dünya Kuboku üzrə yarışlarda Azərbaycanı 23 cüdoçu təmsil edir. Bu gün məğlub olanlar arasında Avropa çempionu, Dünya Kubokunun qalibi Vüqar Şirinli də olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR