Bank Of Baku

Qadın güləşi üzrə Azərbaycan yığması Kiyevdə beynəlxalq yarışda qüvvəsini sınayacaq

Qadın güləşi üzrə Azərbaycan yığması Kiyevdə beynəlxalq yarışda qüvvəsini sınayacaq
# 01 fevral 2012 13:26 (UTC +04:00)
Bakı-APA. Qadın güləşi üzrə Azərbaycan milli komandası fevralın 2-14-də Kiyevdə təlim-məşq toplanışında və 15-16-da ənənəvi beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında yığmanın üzvləri bu gün Ukraynaya yola düşəcəklər.

Heyətdə Mariya Stadnik (48 kq), Patimat Baqomedova (51 kq), Yuliya Ratkeviç (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula, Anna Belyayeva, Gözəl Zutova (hamısı 63 kq), Nadya Sementsova (67 kq) və Dina İvanova (72 kq) yer alıblar.

Turnirin proqramına əsasən, ilk gün 48, 55, 63, 72 kq, ikinci gün isə 51, 59, 67 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR