Bank Of Baku

Azərbaycan güləşçiləri Krivoy-Roqda keçirilən turnirdə 7 medal qazanıb

Azərbaycan güləşçiləri Krivoy-Roqda keçirilən turnirdə 7 medal qazanıb
# 06 fevral 2012 09:16 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Krivoy-Roq şəhərində keçirilən güləş üzrə yeniyetmə qızlar arasında beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan milli komandası böyük məşqçi Rövşən Süleymanov və məşqçi Mətanət Süleymanovanın rəhbərliyi altında turnirdə 10 güləşçi ilə mübarizə aparıb.

117 güləşçinin iştirak etdiyi turnirdə yeniyetmə qızlarımız ümumilikdə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Komandamızın heyətində qızıl medala Sahilə Ələkbərova (40 kq) yiyələnib.

Gümüş medalları yığmamıza Pavliv Hanna (44 kq), Kolesnik Alyona (56 kq) və Korin Darya (70 kq) qazandırıb. Arzu Əliyeva (46 kq), Almaz İsmayılova (52 kq) və Raqnetta Qurbanzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, yığmamız turnirdən əvvəl Krivoy-Roqda təlim-məşq toplanışı keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR