Bank Of Baku

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
# 09 fevral 2012 08:32 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən “Böyük Dəbilqə” turnirində medal qazana bilməyən idmançılarımızdan yalnız Tərlan Kərimov (66 kq) irəliləyib.

O, Parisdə ilk döyüşündə uduzsa da, rəqibinin geriləməsi sayəsində 13-cü pilləyə yüksəlib. İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Elmar Qasımovun (100 kq) mövqeyi isə dəyişməz qalıb. Onlar son siyahıda olduğu kimi, yenə müvafiq olaraq, 11-ci, 3-cü, 26-cı və 37-ci yerləri tuturlar.

3 cüdoçumuz - Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə 1 pillə geriləyiblər. Təmsilçilərimiz müvafiq olaraq, 11-ci, 14-cü və 15-ci yerlərə eniblər.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR