Bank Of Baku

Dünya Kubokunda iştirak edəcək Azərbaycan cüdoçularının adları məlum olub

Dünya Kubokunda iştirak edəcək Azərbaycan cüdoçularının adları məlum olub
# 24 fevral 2012 07:53 (UTC +04:00)
Bakı-APA. Sabah kişi və qadınlar arasında cüdo üzrə Dünya Kuboklarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Çexiyanın paytaxtında təşkil olunacaq kişi idmançıların yarışa Azərbaycan 2 cüdoçu ilə qatılacaq.

Ağayar Axundzadənin yetirmələrindən Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) tatamiyə çıxacaqlar.

Qadınlar arasında Polşanın paytaxtı Varşavada keçiriləcək Dünya Kubokunda isə yığmamızın üzvlərindən yalnız Turanə Seydi (52) mübarizə aparacaq.

Qeyd edək ki, hər 2 yarış 2 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR