Bank Of Baku

Xocalı soyqırımına həsr olunmuş beynəlxalq cüdo turniri keçirilir

Xocalı soyqırımına həsr olunmuş beynəlxalq cüdo turniri keçirilir
# 25 fevral 2012 22:19 (UTC +04:00)
Bakı-APA. Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıtmaq, idmançıları vətənpərvərlik ruhunda tərbiyə etmək, cüdo idman növünün inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi, Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və «Özkaya Group» şirkətinin sponsorluğu ilə 26 Fevral – Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş III ənənəvi beynəlxalq cüdo turniri start götürüb. Şağan Olimpiya İdman Kompleksində 1997-1999-cu il təvəllüdlü yeniyetmələrin iştirakı ilə keçirilən yarışlarda Azərbaycan cüdoçuları ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan idmançıları da iştirak edirlər.
Beynəlxalq turnirin açılış mərasimində çıxış edən XRİH başçısının müavini Arif Balayev və XRGİİ-nin rəisi Vüqar Əliyev Xocalı faciəsinin bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşilik olduğunu bildirmiş, bu qətliyamı törətmiş erməni faşistlərinin öz əməllərinə görə nə vaxtsa cavab verəcəklərini bildiriblər. Daha sonra çıxış edən türkiyəli iş adamı, «Özkaya Group» şirkətinin prezidenti Osman Gəzəkər Xocalı soyqırımının XX əsrin ən qanlı hadisəsi olduğunu qeyd etmiş, bu kədərli günlərdə Türkiyənin qardaş Azərbaycanın yanında olduğunu, onun qəminə şərik olduğunu bildirib: «Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Bu günlər Türkiyədə də Xocalı soyqırımı geniş miqyasda qeyd edilir, təbliğat aparılır. Biz bir millət, iki dövlətik».
Turnirə fevralın 26-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR