Bank Of Baku

Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə IV ölkə çempionatı keçirilib

Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə IV ölkə çempionatı keçirilib
# 12 mart 2012 20:12 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə IV ölkə çempionatı keçirilib. APA-nın məlumatına görə iki gün davam edən yarışda 30 şəhər və rayondan 210 idmançı iki versiya üzrə 24 çəki dərəcəsində mübarizə aparıb. Komanda hesabında Ucar, Göyçay və Bakı idmançıları müvafiq olaraq I-III yerlərə çıxıblar. Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar, komandalara isə kubok verilib. Qalib idmançılar yığma komandanın heyətinə cəlb edilərək aprelin 19-23-də Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatına hazırlanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR