Əjdər Cəfərov: “Roman Amoyan məğlubiyyətlə barışmayıb, artistlik edirdi”
Konfransı giriş sözü ilə açan Cəfərov yarışda Azərbaycan pəhləvanlarının göstərdikləri nəticədən razı qaldıqlarını bildirib: “Federasiya güləşçilərin Avropa çempionatına çıxışını uğurlu hesab edir. Çünki Serbiyanın paytaxtı Belqrada əsas heyətlərlə deyil, əsasən əvəzedici heyətlərlə yollanmışdıq. Yarışda isə sərbəst və yunan-Roma güləşçilərimiz hərəyə 1 qızıl və 1 bürünc, qadınlardan ibarət yığmamız isə 2 bürünc medal qazandı ki, bu da bizim üçün uğurdur”.
Federasiya rəsmisi daha sonra yığmaların çıxışına ayrı-ayrılıqda toxunub. Cəfərovun sözlərinə görə, sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (60 kq) ümidləri doğruldub: “O da hələ gəncdir. Lakin Toğrulu Avropa çempionatında sınadıq və o özünü göstərdi. Aleksandr Qostiyev (74 kq) inamla güləşərək, bürünc medal qazandı”.
Baş katib bildirib ki, qadınlardan ibarət yığmamızdan da qızıl medal gözləyirlərmiş. Lakin komandamızın lideri Mariya Stadnik (48 kq) səfərə aparılmadığından, əsas medal ümidlərimizdən olan Yuliya Ratkeviç (55 kq) uduzduğundan fəxri kürsünün ən yüksək pilləsinə qalmaq mümkün olmayıb: “Bu yığmamız 2 bürünc medal qazandı. Amma Ratkeviçdən də çempionluq gözləsək də, özünü doğrultmadı. Bunun üçün də digər yığmalarımızla müqayisədə bu komandamızdan bir qədər narazı qaldıq”.
Cəfərov yunan-Roma güləşçilərimizin çıxışını əla adlandırıb. Onun sözlərinə görə, əsasını gənclər təşkil edən milli özünü yaxşı tərəfdən göstərməyi bacarıb: “Onların hamısı döşəyə qələbə əzmi ilə çıxırdılar. Bu, AGF prezidenti Fazil Məmmədovun da çox xoşuna gəldi. Mən xüsusilə Elçin Əliyevin qələbəsini vurğulamaq istərdim. O, püşkatmada ilk döyüşündəcə Avropa və dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı Roman Amoyanla düşdü. Bunun üçün Elçin döyüşə xüsusi hazırlandı və layiqli qələbə qazandı”.
Federasiya rəsmisinin sözlərinə görə, bəzi xarici mətbuat orqanlarında Əliyevin qələbəsini şübhə altına salan yazılar dərc edilsə də, bu, güləş qaydalarına ziddir: “Elçin erməni güləşçisi üzərində tam layiqli qələbə qazandı. Mən özüm də bu növdə hakiməm. Bunun üçün məsuliyyətimlə deyirəm ki, döyüşdə hansısa köməklikdən söhbət gedə bilməz. Çünki görüşdən bir neçə dəqiqə sonra FİLA prezidenti Rafael Martinetti özü şəxsən döyüşün təkrarına baxdı və hakimin düzgün qərar çıxardığını dedi. Həmçinin, Amoyan məğlubiyyətlə barışmaq istəmirdi və artistlik edirdi. Bunun da nəticəsi olaraq, o Avropa çempionatında təsəlliverici görüşlərdən kənarlaşdırıldı”.
Daha sonra Elçinin döyüşünün videoyazısı KİV nümayəndələrinə nümayiş etdirildi və Romanın uduzduğu aşkar şəkildə detalları ilə izah edildi. Cəfərov bildirdi ki, bu görüşdən sonra münsiflər heyətində yer alan FİLA-nın inspektorundan biri – finlandiyalı Kari Tayvala London-2012-yə yollanmaq hüququndan da mərhum olundu: “Sadəcə, ermənilərin döşəkdə güləşçilərimizə gücləri çatmadıqlarından bəhanələrə əl atırlar”.
Sonra sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Absaidov komandamızın çıxışını şərh etdi. O da çempion adını qazanan Toğrulun yaxşı döyüşdüyünü və bunun üçün lisenziya xarakterli yarışlara yollanacağını bildirdi: “Hazırda əsas məqsədimiz lisenziya xarakterli yarışlardır. Çalışırıq ki, digər 3 çəkidə də lisenziya qazanaq və London-2012-yə tam heyətlə yollanaq. Bundan sonra isə Olimpiadaya hazırlıqları sürətləndirək. Avropa çempionatında yalnız Cəmaləddin Məhəmmədovdan (120 kq) narazı qaldım”.
Yunan-Roma güləşi üzrə millimizin baş məşqçisi Salih Bora Avropa çempionatının həmişə çətin keçdiyini, lakin yetirmələrinin özlərini yaxşı tərəfdən göstərdiyini deyib: “Yarışın ilk günündən sonra aktivimizdə 30 xal var idi. Rusiya və Türkiyə kimi ölkələri 12 xal qabaqlayırdıq. Lakin ikinci gün cəmi 4 xal qazandıq, Avropa üçüncüsü olduq. Pis nəticə deyil. Əsas məqsədimiz lisenziya yarışları və orada özümüzü sübut etməkdir”.
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
İsrail və Livan arasında danışıqların növbəti raundu oktyabra təxirə salınıb
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb
Rusiyanın Amur vilayətində ağır yol qəzası nəticəsində 6 nəfər ölüb
Tramp respublikaçıların məğlub olacağı təqdirdə İrana qarşı mövqeyini sərtləşdirə biləcəyini istisna etməyib
Britaniya kəşfiyyat əməliyyatlarında kamuflyaj edilmiş atları sınaqdan keçirir
WSJ: OpenAI-ın süni intellekt agentləri “RubyGems” platformasına kiberhücumda iştirak edib
Tramp Çin şirkətlərinin ABŞ-da avtomobil zavodları tikməsinə qarşı olmadığını bildirib
İraqın Baş naziri Səudiyyə Ərəbistanına PUA hücumundan sonra hərbi komandanı vəzifədən azad edib
İraq Səudiyyə Ərəbistanına PUA hücumunu pisləyib
Ağ Ev Rusiyanın ABŞ-da keçiriləcək G20 toplantısına dəvət olunduğunu təsdiqləyib
KİV: İsrail Dəməşq yaxınlığındakı yaşayış məntəqəsini artilleriya atəşinə tutub
Hakan Fidan Səudiyyə Ərəbistanının XİN rəhbəri ilə bölgədəki vəziyyəti müzakirə edib
Putin: Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
"Beşiktaş" öz meydanında "Erzurumspor"u darmadağın edib
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
Husilər Səudiyyə Ərəbistanının hücumları nəticəsində 44 dinc sakinin öldüyünü açıqlayıb
ABŞ Nümayəndələr Palatasında Rusiyaya qarşı yeni sanksiyalar layihəsi səsverməyə çıxarılacaq
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır