Bank Of Baku

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov WTF-in İcraiyyə Komitəsinin iclasında iştirak edib

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov WTF-in İcraiyyə Komitəsinin iclasında iştirak edib
# 04 aprel 2012 06:52 (UTC +04:00)
Taekvondo Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yığıncaqda WTF-in vitse-prezidenti, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edib.
İclasda döyüşlərə tətbiq edilən yeniliklərə və qarşıdakı rəsmi yarışların təqviminə aydınlıq gətirilib. 2013-cü ildə böyüklər arasında dünya çempionatının Meksikada, dünya kuboku və parataekvondo üzrə IV dünya çempionatının Seneqalda, 2014-cü ildə gənclərin dünya çempionatının isə Tayvanda keçirilməsi təsdiqlənib.
Şarm-əl-Şeyx Beynəlxalq Konqres Mərkəzində keçirilən WTF-in XXlll Baş Assambleyasında isə Dünya Taekvondo Federasiyası İcraiyyə Komitəsinin qərarları açıqlanıb. Təşkilata üzv 74 ölkədən nümayəndələrin qatıldığı məsul yığıncaqda WTF-in İcraiyyə Komitəsinin üzvü, ATF-in birinci vitse-prezidenti Füzuli Musayev də iştirak edib. Assambleyada Əsasnamənin bəzi bəndlərində nəzərdə tutulan dəyişikliklər səsvermə yolu ilə qəbul olunub. Sonda WTF-in prezidenti doctor Çunqvon Çou Yay Olimpiya Oyunlarına lisenziya qazanan ölkələri təbrik edərək onlara uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR