Bank Of Baku

Boksçumuz döyüşmədən finala yüksəldi

Boksçumuz döyüşmədən finala yüksəldi
# 20 aprel 2012 14:11 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının boksçusu Məhəmməd Abdulhəmidov (56 kq) Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində finala vəsiqəni təmin edib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, boksçumuz yarımfinalda Gürcüstan təmsilçisi Merab Turkadze ilə döyüşməli idi. Ancaq Turkadze zədələndiyindən yarımfinala çıxmayıb.

Bu səbəbdən həmyerlimiz birbaşa finala vəsiqəni təmin edib. Abdulhəmidov həlledici döyüşdə Denis Ceylan (Danimarka) – Pavlo İşenko (Ukrayna) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Abdulhəmidov yarımfinala yüksəlməklə London-2012-yə lisenziyaya sahib olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR