Bank Of Baku

Kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirilib - FOTO

Kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirilib - <font color=red>FOTO</font>
# 23 aprel 2012 10:54 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Texniki Universitetinin idman zalında kikboksinq üzrə XVIII Azərbaycan çempionatı keçirilib. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC –nin İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, yarışda 43 müxtəlif komandanın 400-ə yaxın idmançısı iştirak edib. Çempionatda iştirak edən idmançılar uşaqlar, kadetlər və kişilər olmaqla üç qrupda mübarizə aparıblar. Yarışda ən çox medalı “Qızıl Əlcək” idman klubunun idmançıları qazanıblar.

Uşaqlar arasında 4 qızıl (24 kq-da Faiq Canbaxışlı, 26,5 kq-da Həsənbala Həsənov, 33 kq-da Heydərov Pərvin, 39 kq-da Cahid Qurbanov), kadetlər arasında 3 qızıl medala sahib çıxan komanda (36 kq-da Nəcməddin Məmmədzadə, 39 kq-da Ümid Əliyev, 45 kq-da Ramiq Allahverdiyev) böyüklər arasında da yüksək nəticə göstərib. Klubun bu qrupa daxil olan idmançıları ümumilikdə 11 medal qazanıblar.

Ümumi komanda hesabında I yeri tutan “Qızıl Əlcək” İdman Klubunu çempionatda “Neftçi” (II yer) və “Dinamo” İdman Cəmiyyəti (III yer) izləyib.

XVIII Çempionatda medal qazanan idmançılar Azərbaycan yığma komandasının tərkibində may ayında Macarıstanda keçiriləcək Dünya Kuboku və sentyabr ayında Türkiyədə keçiriləcək Avropa Çempionatında ölkəmizi təmsil edəcəklər.

“Qızıl Əlcək” İdman Klubunun inkişafı və Beynəlxalq yarışlarda iştirakına “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dəstək göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR