Bank Of Baku

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı

Taekvondoçumuz Avropa çempionatında gümüş medal qazandı
# 04 may 2012 10:04 (UTC +04:00)
Bakı – APA. Mançesterdə taekvondo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 14 idmançı ilə qatılan Azərbaycan millisi stardaca artıq bir medal qazanıb.

İlk görüşdə danimarkalı idmançını (13:2), ardından belaruslu rəqibini üstələyib (5:0) bürünc medalı təmin edən Mikayıl Əliyev (54 kq) yarımfinalda ingiltərəli taekvondoçuya 15:9 hesabı ilə qalib gəlib. Final görüşündə isə həmyerlimiz rusiyalı Seyfulla Maqomedova uduzub.

Digər taekvondoçularımıza gəlincə, son saniyələrində qələbəni əldən verən Səbinə Mikayılova (62 kq) ilə Xəyalə Quliyeva (46 kq) mübarizəni bürünc medalın bir addımlığında dayandırıblar. İlk gün döyüşən 4 taekvondoçumuzdan Aydın Bəhməlovun (+87 kq) tanınmış idmançı Bəhri Tanrıqulu (Türkiyə) ilə çıxışı uğursuz alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR