Bank Of Baku

Azərbaycan yığmasının baş məşqçisi: “Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır”

Azərbaycan yığmasının baş məşqçisi: “Əsas məqsədimiz Dünya Kubokunu qazanmaqdır”
# 10 may 2012 11:14 (UTC +04:00)
Bakı - APA. “Dünya Kuboku Bakıda keçirildiyi üçün əsas məqsədimiz onu qazanmaqdır. Bunun üçün də yarışa döyüşkən heyətlə qatılırıq”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Saypulla Absaidov deyib. O, mayın 12-13-də Azərbaycanda keçiriləcək Dünya Kuboku ilə bağlı fikirlərini açıqlayıb: “Bu, London Yay Olimpiya Oyunlarına son hazırlıq mərhələsidir və bizim üçün möhtəşəm yarış öncəsi böyük əhəmiyyət daşıyır. Dünya Kubokunda qalib gəlmək lazımdır ki, Olimpiadaya yüksək qələbə əzmi ilə yollanaq”.

Qeyd edək ki, 2009-cu ildə Dünya Kubokuna sahib olan yığmamız 2010 və 2011-ci illərdə yarışı bürünc mükafatla başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR