Bank Of Baku

Azərbaycan taekvondoçuları Koreyaya yollandılar

Azərbaycan taekvondoçuları Koreyaya yollandılar
# 29 may 2012 08:55 (UTC +04:00)
Bakı – APA. London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqları keçmək üçün Koreyaya yollanıblar. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun birinci vitse-prezidenti Füzuli Musayevin rəhbərlik etdiyi idmançı heyətinə Olimpiada iştirakçıları Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq), eləcə də Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq) daxil edilib.
Olimpiya komandasının baş məşqçisi Conq Conqbay və Sun Mi Parkın, həmçinin məşqçi Elnur Amanovun nəzarətində olan taekvondoçularımız 1 aylıq təlim-məşqlərin ardından vətənə dönəcəklər. İdmançılarımız bir sıra yoxlama görüşlərində də sınaqdan keçiriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR