Bank Of Baku

Lənkəranda veteran ağır atletlər arasında keçirilən Avropa çempionatı yekunlaşıb

Lənkəranda veteran ağır atletlər arasında keçirilən Avropa çempionatı yekunlaşıb
# 09 iyun 2012 17:48 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. İyunun 2-dən Lənkəran Olimpiya İdman Kompleksində başlanan XXII kişi və XX qadın veteran ağır atletlərin Avropa çempionatı bu gün yekunlaşıb. APA-nın Cənub bürosunun məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Olimpiya Komitəsi, Ağır Atletika Federasiyası, Veteran Atletlər İctimai Birliyi və Avropa Usta Ağır Atletika Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışlarda 25 Avropa ölkəsindən yaşı 35-dən 84-dək olan 300-ə yaxın veteran idmançı qüvvəsini sınayıb.
Çempionatın ən qocaman iştirakçısı 84 yaşlı alman Kurt Rozenberq birdən qaldırmada 38, təkanla isə 41 kiloqram nəticə göstərərək öz yaş qrupunda birinci yerə çıxıb.
Ümumilikdə isə Avropa çempionatında komanda hesabında Almaniya birinci, Azərbaycan ikinci, Rusiya üçüncü yeri özünə təmin edib. Almaniya və Azərbaycan komandalarının xalları bərabər olsa da (221 xal), manone-meltzer cədvəlinə əsasən aparılan hesablamada almanlar 2 min 940, millimiz isə 2 min 823 xal qazanıb.
Qitə çempionatında 37 idmançı ilə (33 kişi, 4 qadın) çıxış edən Azərbaycan 14 qızıl, 9 gümüş, 3 bürünc medala yiyələnib. Qadın atletlərimizin 4-də fəxri kürsünün ən yüksək pilləsini fəth edib.
Qaliblər təşkilat komitəsinin qızıl, gümüş və bürünc medalları, həmçinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR