“Akkord”un iki əməkdaşı uşu sanda üzrə dünya çempionu olub - FOTO

“Akkord”un iki əməkdaşı uşu sanda üzrə dünya çempionu olub - <font color=red>FOTO</font>
# 27 iyun 2012 10:09 (UTC +04:00)
Bakı – APA. İyunun 21-dən 25-dək İtaliyanın Tolmezzo şəhərində keçirilən uşu sanda üzrə dünya çempionatına 11 idmançı ilə qatılan Azərbaycan milli komandası 5 qızıl və 1 gümüş medal qazanıb. Aralarında “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin iki əməkdaşının da olduğu qalib idmançılar iyunun 26-da vətənə dönüblər. ASC-nin
İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, Heydər Əliyev hava limanında qarşılanma mərasimində iştirak edən idmançılar - Korporasiyanın sponsorluq etdiyi “Qızıl Əlcək” İdman Klubunun yetirməsi olan Pərviz İsayev və Vüqar Nəsibov çətin mübarizə şəraitində keçən çempionatda qazandıqları qələbə haqqında danışıblar. Hər iki idmançı əldə edilən qələbənin çalışdıqları Korporasiyada onlar üçün yaradılan məşq və iş şəraiti ilə əlaqəsini xüsusi vurğulayıblar.

Milli komandanın tərkibindəki digər idmançılardan Emil Hacıyev, Nurlan Aslanov və Babək Hüseynov da bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, dünya çempionatına 42 ölkədən 1300-dək idmançı qatılıb. Azərbaycan idmançıları bu yarışda göstərdikləri ümumi nəticəyə əsasən, komanda hesabında mundialın ikincisi olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR