Bank Of Baku

Azərbaycan boksçuları Olimpiadaya İtaliya və İrlandiya idmançıları ilə birgə hazırlaşırlar

Azərbaycan boksçuları Olimpiadaya İtaliya və İrlandiya idmançıları ilə birgə hazırlaşırlar
# 09 iyul 2012 09:46 (UTC +04:00)
Bakı-APA. Boks üzrə Azərbaycan millisi İtaliyanın Assizi şəhəridə təlim-məşq toplanışındadır. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıqda baş məşqçi Nəriman Abdullayev və məşqçi Rasim Məmmədovun rəhbərliyi altında London Olimpiadasına vəsiqə qazanmış 7 boksçumuz – Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Vətən Hüseynli (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) təlim-məşq toplanışında iştirak edirlər.

Assizidə İtaliya və İrlandiya komandaları da hazırlıq keçir. İtaliya yığmasının heyətində Olimpiya oyunlarına vəsiqə qazanmış 7 idmançı - Manuel Kappai (49 kq), Vinçenzo Pikardi (52 kq), Vittorio Parinello (56 kq), Domeniko Valentino (60 kq), Vinçenzo Mangiakapre (64 kq), Klemente Russo (91 kq) və Roberto Kamarelle (91+kq) məşq edir. Bundan başqa, sparinq-tərəfdaş kimi daha 6 italiyalı boksçu da hazırlıq prosesinə cəlb edilib.

İrlandiya komandasında isə Londona yollanacaq 5 boksçu - Patrik Barnes (49 kq), Maykl Konlan (52 kq), Cohn Nevin (56 kq), Adam Nolan (69 kq), Darren Onill (75 kq) təlim-məşq toplanışındadır. Qadınlar arasında dəfələrlə dünya çempionu olan irlandiyalı Keti Teylor da (60 kq) Assizi də hazırlıq keçənlər arasındadır.

Qeyd edək ki, komandamız iyulun 19-da Bakıya qayıdacaq, bundan 6 gün sonra isə Böyük Britaniyaya yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR