Bank Of Baku

Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi: “İnanıram ki, London Olimpiadası boksçularımız üçün çox uğurlu alınacaq”

Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi: “İnanıram ki, London Olimpiadası boksçularımız üçün çox uğurlu alınacaq”
# 24 iyul 2012 08:05 (UTC +04:00)
Bu fikirləri apasport.az saytına açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Nəriman Abdullayev deyib.

Baş məşqçi məsul turnirə yüksək səviyyədə hazırlıq keçdiklərindən, yaxşı nəticə qazanacaqlarına inanır: “Olimpiadada boks döyüşlərinə 4-5 gün qalıb. Milli komandamızın hər bir üzvü döyüşə hazırdır. Yüksək səviyyədə hazırlıq keçdiyimizdən, ümidlərimiz böyükdür. Proqnoz vermək istəməzdim, ancaq yetirmələrinin hər birinin uğurlu çıxışına ümid bəsləyirəm. İnanıram ki, London Olimpiadası boksçularımız üçün çox uğurlu alınacaq”.

Qeyd edək ki, Olimpiadada ölkəmiz 8 boksçu ilə təmsil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR