Bank Of Baku

Yunan-Roma üzrə Azərbaycanın güləş yığması Bakıda keçirilən dünya çempionatında 1-ci olub

Yunan-Roma üzrə Azərbaycanın güləş yığması Bakıda keçirilən dünya çempionatında 1-ci olub
# 27 avqust 2012 09:56 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığma komandasının üzvləri 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla çempionatı 84 xalla başa vurub. Bu nəticəyə görə yığmamız komanda hesabında hamını qabaqlayaraq 1-ci olub.

Qızıl medal
Mikayıl Rəhmanov (46 kq)
Elnur Həsənov (50 kq)
Kərim Cəfərov (54 kq)
Murad Məmmədov (58 kq)
Ruhin Mikayılov (63 kq)
İslam Abbasov (76 kq)

Gümüş medal
Zamir Məhəmmədov (85 kq)

Bürünc medal
Sənan Süleymanov (42 kq)

Komanda hesabı

Yunan-Roma güləşi
1. AZƏRBAYCAN - 84 xal
2. Gürcüstan - 62 xal
3. Rusiya - 61 xal

Avqustun 21-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində startı verilən dünya çempionatında ilk olaraq sərbəst güləşçilər qüvvəsini sınayıblar. Yeniyetmə qızlarımız 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla, 57 xalla komanda hesabında 4-cü olub. Oğlanlar isə 8 medal (2 qızıl, 3 gümüş və 3 bürünc) əldə etmələri nəticəsində 74 xalla komanda hesabında 2-ci nəticə göstərib.

Qeyd edək ki, yarışlarda dünyanın 41 ölkəsindən 850-dək idmançı mükafatlar uğrunda mübarizə aparır. Dünya çempionatı bu gün “Crescent Beach” otelində çimərlik güləşi növü üzrə yarışlarla başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR