Bank Of Baku

Güləşçilərimiz Batumidən 3 qızıl medal qazandılar

Güləşçilərimiz Batumidən 3 qızıl medal qazandılar
# 01 oktyabr 2012 08:38 (UTC +04:00)
Bakı – APA. Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Apasport.az saytının xəbərinə görə, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın 3 üzvü iştirak edib.

Məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizin hər biri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Belə ki, 50 kq çəkidə Kərim Cəfərov, 60 kq-da Murad Məmmədov və 66 kq çəkidə mübarizə aparan Amil Əhmədov turnirin baş mükafatını əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR