Bank Of Baku

2 boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb

2 boksçumuz Avropa birinciliyinə qələbə ilə başlayıb
# 03 oktyabr 2012 11:27 (UTC +04:00)
Bakı – APA. Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında (13-14 yaşlılar) Avropa birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, yarışın ilk günündə milli komandamızın 4 üzvü rinqə çıxıb.

Həmyerlilərimizdən ikisi döyüşü öz xeyirlərinə başa vurublar. 38,5 kq çəki dərəcəsində mübarizə aparan Malik Həsənov Avropa birinciliyinə qələbə ilə başlayıb. Boksçumuz Litva nümayəndəsi Mantas Morkunası 13:7 hesabı ilə məğlub edib.

Sərxan Əliyev də (46 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Əliyev də Litva təmsilçisi üzərində qələbəyə sevinib. Millimizin üzvü Emil Storpirstisi yarışdan kənarlaşdırıb – 14:8.

İki boksçumuz isə turnirlə erkən vidalaşıb. 43 kq-da yarışan Bəxtiyar Qazıbəyov ingiltərəli Mark Dikinsona 4:6 hesabı ilə uduzub. Dərbənd Əliyevin (54 kq) qarşısını isə irlandiyalı Mettyu Devis kəsib. Həmyerlimiz rəqibinə 6:9 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Avropa birinciliyinə oktyabrın 6-da yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR