Bank Of Baku

“Bakı” klubunun baş meneceri Zeynal Məmmədov: “Baş məşqçiyə daim dəstək versək də, hər şeyin həddi var”

“Bakı” klubunun baş meneceri Zeynal Məmmədov: “Baş məşqçiyə daim dəstək versək də, hər şeyin həddi var”
# 27 fevral 2007 13:07 (UTC +04:00)
“İkinci dövrə başlayandan komandamız çox bərbad çıxış edir. Bu, bizi heç cür qane etmir. Klub prezidenti Hafiz Məmmədov da komandanın çıxışından narazıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov bildirib. Baş menecerin sözlərinə görə, fevralın 26-da Azərbaycan kubokunun ilk 1/4 final qarşılaşmasında “Xəzər-Lənkəran” klubuna 0:2 hesablı məğlubiyyətindən sonra “Bakı”nın növbəti mərhələyə yüksələcəyinə olan ümidləri azalıb: “Demək olar ki, iki oyunun nəticəsinə görə, uduzmuşuq”. Z. Məmmədov martın 4-də Lənkəranda keçirəcəkləri cavab görüşündə yarımfinal mərhələsinə vəsiqəni təmin edə bilməyəcəkləri təqdirdə, yığışaraq, radikal addımlar atacaqlarını bildirib. Baş menecer seleksiya işində uğursuzluğa yol vermədiklərini bildirməklə, baş məşqçi Böyükağa Hacıyevin hazırkı fəaliyyətindən narazı qaldıqlarına işarə vurub: “Böyükağa müəllimə biz daim dəstək vermişik. Amma hər şeyin müəyyən həddi var. Məncə, Hacıyev elə mütəxəssisdir ki, vəziyyəti düzəldə bilməyəcəyini görsə, özü istefa verər”. Z. Məmmədov ikinci dövrənin sonunadək hazırkı futbolçuların xidmətindən yararlanacaqlarını lakin vəziyyətin belə davam edəcəyi təqdirdə, növbəti mövsümdən əcnəbilərin xidmətindən imtina etmələrinin mümkünlüyünü bildirib: “Vəziyyət belə davam edərsə, biz də “Turan” kimi yalnız yerli futbolçuların xidmətindən yararlana bilərik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR