Bank Of Baku

Fariz Yusifovun “Bakı” - “Xəzər-Lənkəran” görüşündə baş hakim kimi idarəçiliyi yüksək qiymətləndirilib

Fariz Yusifovun “Bakı” - “Xəzər-Lənkəran” görüşündə baş hakim kimi idarəçiliyi yüksək qiymətləndirilib
# 27 fevral 2007 13:27 (UTC +04:00)
Azərbaycan Kubokunun ilk 1/4 final oyunlarını idarə edən hakimlərin əməyi yüksək qiymətləndirilib. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” - “Xəzər-Lənkəran” görüşünün hakim-inspektoru Rüstəm Rəhimov görüşü idarə edən FİFA hakimi Fariz Yusifova 8,7 bal, onun köməkçiləri olmuş Azər Əsgərova 8,8 bal, Roman Vasilyevə 8,5 bal, Elnur Muradova 8 bal verib. Sumqayıtda keçirilən “Gənclərbirliyi” - “İnter” qarşılaşmasının baş hakimi Anar Niyazov isə idarəçiliyinə görə 8,6 bal alıb. Həmin oyunun hakim-inspektoru Asif Namazov yan xətt hakimləri Ruhulla Kərimova 8,6 bal, Ramiz Əsədova 8 bal verib. Ehtiyat hakimi Venera Muradova isə ən yüksək qiymət 9 bal alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR