Bank Of Baku

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Turan” üzərində böyük hesablı qələbə qazanıb

“Neftçi” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Turan” üzərində böyük hesablı qələbə qazanıb
# 27 fevral 2007 14:49 (UTC +04:00)
Bu gün keçirilən iki görüşlə Azərbaycan kuboku uğrunda ilk 1/4 final oyunlarına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına stadionda Tovuzun “Turan” klubu ilə görüşən “Neftçi” 7:2 hesabı ilə qələbə qazanıb. Oyunda hesabı “Turan” 2-ci dəqiqədə nigeriyalı hücumçusu Viktor İbokoyinin sayəsində açsa da, bu, meydan sahiblərinin böyük hesablı qələbəsinə mane olmayıb. “Neftçi”dən Nadir Nəbiyev iki, Branimir Subaşiç, Vadim Borets, Georgi Adamiya, Ruslan Abbasov və Samir Əliyev hərəyə bir qol vurub. “Turan”ın ikinci qolunun müəllifi də V.İbokoyi olub. İmişlidə keçirilən “MKT-Araz” “Karvan” görüşü isə 2:2 hesabı ilə nəticələnib. “Karvan” Markus Fereyra ilə Samir Abdulovun qolları ilə 2:0 irəlidə olsa da, “MKT-Araz” Dmitri Parxomenko və Azər Cabbarovun vurduğu qollar sayəsində hesabı bərabərləşdirib.
Qeyd edək ki, fevralın 26-da keçirilən oyunlarda “İnter” Sumqayıtda “Gənclərbirliyi”, “Xəzər-Lənkəran” isə paytaxtda “Bakı” üzərində 2:0 hesablı qələbə qazanıb. 1/4 final mərhələsinin cavab oyunları martın 4-də keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR