Bank Of Baku

Yunis Hüseynov: “Komandam “MKT-Araz” ilə oyunda böyük hesablı qələbə qazana bilərdi”

Yunis Hüseynov: “Komandam “MKT-Araz” ilə oyunda böyük hesablı qələbə qazana bilərdi”
# 27 fevral 2007 14:52 (UTC +04:00)
“Komandam “MKT-Araz” ilə oyunda böyük hesabla qələbə qazana bilərdi. Lakin 2:0 hesabı ilə irəlidə olduğumuz halda, öz səhvlərimiz ucbatından iki top buraxaraq səfər oyunundan heç-heçə ilə ayrılmalı olduq”. Bu fikirləri “APA-Sport” agentliyinə bu gün “MKT-Araz” komandası ilə ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. Komandasının oyunundan razı qaldığını söyləyən Y.Hüseynov oyunu idarə edən FİFA referisi Babək Quliyevin idarəçiliyindən razı qaldığını da vurğulayıb. Baş məşqçi 2:2 hesabını martın 4-də Yevlaxda keçirəcəkləri cavab oyunu üçün yaxşı nəticə hesab edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR