Bank Of Baku

Sakit Alıyev: “Məğlubiyyətə görə, hamımız günahkarıq”

Sakit Alıyev: “Məğlubiyyətə görə, hamımız günahkarıq”
# 27 fevral 2007 15:19 (UTC +04:00)
“Komandamın “Neftçi” klubuna böyük hesablı məğlubiyyəti araşdırılacaq”. Bu sözləri Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda Bakıda “Neftçi” klubuna 2:7 hesablı məğlubiyyətdən sonra “APA-Sport” agentliyinə açıqlamasında “Turan”ın baş məşqçisi Sakit Alıyev bildirib. Baş məşqçinin sözlərinə görə, böyük hesablı məğlubiyyətin səbəbini bir-iki futbolçuda axtarmaq düzgün deyil: “Məğlubiyyətə görə, hamımız günahkarıq. Futbolçular çox aşağı səviyyədə çıxış etdilər. Bu görüşdə “Turan” özünə oxşamadı. Fikrimcə, futbolçuların arxayınçılığı məğlubiyyətimizdə böyük rol oynadı. “Turan” çempionatın ilk dövrəsində “Neftçi” üzərində 2:1 hesablı qələbə qazandığından, futbolçular meydana arxayın çıxmışdılar. “İnter”ə 1:7 hesablı uduzduğumuz qarşılaşmada olduğu kimi, hansısa futbolçunu cəzalandırmaq fikrində deyilik. Həmin məğlubiyyətdə fərqli şeylər baş vermişdi. “Neftçi” klubuna uduzmağımızda isə konkret hansısa oyunçuları günahlandırmaq düzgün olmazdı”. S.Alıyev, həmçinin bildirib ki, istefa vermək fikrində deyil və “Turan” klubunun baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR