Bank Of Baku

Qurban Qurbanov: “Komandamın yarımfinalda hansı rəqiblə qarşılaşacağının fərqi yoxdur”

Qurban Qurbanov: “Komandamın yarımfinalda hansı rəqiblə qarşılaşacağının fərqi yoxdur”
# 27 fevral 2007 15:49 (UTC +04:00)
“Komandamın ölkə kubokunun yarımfinal mərhələsində hansı rəqiblə qarşılaşacağının fərqi yoxdur. Bizi ilk növbədə öz oyunumuz maraqlandırır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib. Baş məşqçinin sözlərinə görə, “Turan”ı ilk oyunda 7:2 hesabı ilə məğlub etmələrinə baxmayaraq, artıq indidən yarımfinal haqda düşünmürlər: “Cavab oyununa itkilərlə çıxacağıq. Bir neçə əsas oyunçumuz cəza üzündən Tovuzdakı görüşdə iştirak edə bilməyəcək. Belə böyük hesablı qələbəyə baxmayaraq, qətiyyən arxayınlaşmırıq. Oyunun ilk dəqiqələrində gözlənilmədən qol buraxsaq da, ruhdan düşməyib əvəzini artıqlaması ilə çıxdıq. Kubok çempionatdan fərqlənir və bu turnirdə oyunlar daha gərgin mübarizə şəraitində keçir”. Q.Qurbanov bildirib ki, komandası “Turan” üzərində böyük hesablı qələbə qazanmaqla, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq məqsədi güdməyib: “Bu oyunda daha çox qol vurub təkrar qarşılaşmaya rahat çıxmaq istəyirdik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR