Bank Of Baku

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Krımskidə “Olimpiya” klubuna məğlub olub

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Krımskidə “Olimpiya” klubuna məğlub olub
# 28 fevral 2007 08:33 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərindəki hazırlıq prosesi çərçivəsində keçirdiyi ilk yoxlama oyununda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz Rusiya çempionatının ikinci dəstəsinin Cənub zonasında çıxış edən Volqoqradın “Olimpiya” klubu ilə görüşdə 0:2 hesabı ilə uduzub. Yaşar Vahabzadənin baş məşqçisi olduğu yığma komandamız Krımskda növbəti oyununu martın 1-də keçirəcək. Bu dəfə rəqib Rusiya çempionatının ikinci dəstəsinin Cənub zonasında çıxış edən Batayskın “Bataysk-2007” klubu olacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR