Bank Of Baku

İqor Nakoneçnı: “Komandamın yarımfinalına çıxmaq şansı azdır”

İqor Nakoneçnı: “Komandamın yarımfinalına çıxmaq şansı azdır”
# 28 fevral 2007 09:25 (UTC +04:00)
“Komandamın Azərbaycan kubokunun yarımfinalına çıxmaq şansı azdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında İmişlinin “MKT-Araz” klubunun ukraynalı baş məşqçisi İqor Nakoneçnı bildirib. İ.Nakoneçnının sözlərinə görə, Yevlaxın “Karvan” klubu ilə İmişlidə keçirilən ilk oyuna rəqib daha məsuliyyətlə yanaşdığından sərfəli nəticə qazanıb: “Görüşün əvvəlini tamamilə zəif oynadıq. Nəticədə ilk 20 dəqiqədə qapımızdan iki top buraxdıq. Bu qollar müdafiəçi və qapıçının səhvi ucbatından vuruldu. Orta sahə oyunçularının da günahı az deyil. Hər halda, futbolçular ruhdan düşməyib iki top fərqini aradan qaldırmağa özlərində güc tapdılar. Oyunun ilk hissəsindən fərqli olaraq, ikinci yarını yaxşı keçirdik. Hətta bəxtimiz gətirsəydi, qələbə də qazana bilərdik. Bir şeyi də nəzərə almaq lazımdır ki, palçıqda oynamaq çətindir”.
İ.Nakoneçnı bildirib ki, ilk oyunu təhlil edib Yevlaxda keçiriləcək cavab görüşünə heyətdəki dəyişiklikləri müəyyənləşdirəcək. Ukraynalı mütəxəssis bu qarşılaşmada meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Hər halda, “Karvan”ı Yevlaxda məğlub etdiyimizi unutmamışıq”.
Qeyd edək ki, ölkə çempionatının birinci dövrəsində “MKT-Araz” Yevlaxda “Karvan” üzərində qələbə qazanmışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR