Bank Of Baku

Asim Xudiyev “Alkmaar” “Fənərbaxça” görüşünü idarə edən almaniyalı hakim Klod Kiççerin əməyini yüksək qiymətləndirib

Asim Xudiyev “Alkmaar”  “Fənərbaxça” görüşünü idarə edən almaniyalı hakim Klod Kiççerin əməyini yüksək qiymətləndirib
# 28 fevral 2007 10:23 (UTC +04:00)
“UEFA kuboku uğrunda Hollandiyanın “Alkmaar” və Türkiyənin “Fənərbaxça” klubları arasında keçirilən cavab oyununu idarə edən almaniyalı hakim Klod Kiççerin əməyini yüksək qiymətləndirdim. Hesablamama görə, bu hakimin idarəçiliyinə 8,4 bal verilməli idi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev bildirib. A.Xudiyevin sözlərinə görə, UEFA-nın Hakimlər Komitəsinin Hollandiyanın paytaxtı Amsterdamda keçirdiyi ikigünlük kurslarda konkret tapşırıq alıb: “Kurslarda iştirak edən 10 hakim-inspektor “Alkmaar” “Fənərbaxça” oyunu ilə bağlı tapşırıqlar alaraq, Amsterdamdan 30 km məsafədə yerləşən Alkmaar şəhərinə aparıldı. Mənim üzərimə düşən vəzifə baş hakimin futbolçuların meydandakı nizam-intizam hərəkətləri ilə bağlı çıxardığı qərarları qiymətləndirmək idi. Almaniyalı hakim həmin qarşılaşmada ikisi meydan sahibləri, üçü qonaqlara olmaqla, futbolçulara beş sarı vərəqə göstərdi. Fikrimcə, bütün vərəqələr düzgün idi. Kiççerin futbolçuların meydanda davranışı ilə bağlı gözündən yayınan epizodlar olmadı. Bütün bunları təqdim etdiyim raportda qeyd etdim. Digər hakim-inspektorlar da qeydlərimlə tanış olaraq məni dəstəklədilər”. İki günlük kurslarda hakim-inspektorlarla bağlı tövsiyələrlə tanış olan A.Xudiyev mart-aprel ayları üçün təyinat gözlədiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR