Bank Of Baku

Babək Quliyevin “MKT-Araz” - “Karvan” görüşündəki idarəçiliyi 8,6 balla qiymətləndirilib

Babək Quliyevin “MKT-Araz” - “Karvan” görüşündəki idarəçiliyi 8,6 balla qiymətləndirilib
# 28 fevral 2007 10:47 (UTC +04:00)
Beynəlxalq dərəcəli hakim Babək Quliyevin Azərbaycan kuboku uğrunda İmişlidə keçirilən “MKT-Araz” “Karvan” oyunundakı idarəçiliyi 8,6 balla qiymətləndirilib. “APA-Sport” agentliyinin məlumatına görə, görüşün hakim-inspektoru Əlisgəndər Nağıbəyov B.Quliyevin köməkçiləri Elman Musayev, İlham Əliyev və Rövşən Əhmədovun hər üçünə ən yüksək qiymət 9 bal verib. Azərbaycan kuboku uğrunda fevralın 27-də keçirilən digər 1/4 final qarşılaşması “Neftçi” “Turan” görüşünün hakim-inspektoru Füzuli Nəcəfov baş hakim Azad Mütəllimova 8,5 bal verib. A.Mütəllimovun başçılıq etdiyi briqadada yer alan Arif Ağayev 8,9 bal, Aydın Ələkbərovla Dəmir Rzaxanovun hər ikisi 9 bal alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR