Bank Of Baku

Yığma komandamızın sabiq qapıçısı Ruslan Məcidovun çıxış etdiyi “Vidzev” klubu böyük hesabla uduzub

Yığma komandamızın sabiq qapıçısı Ruslan Məcidovun çıxış etdiyi “Vidzev” klubu böyük hesabla uduzub
# 28 fevral 2007 11:25 (UTC +04:00)
Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının sabiq qapıçısı Ruslan Məcidovun çıxış etdiyi Polşanın “Vidzev” klubu çempionatın ikinci dövrəsinə hazırlıq çərçivəsində sonuncu yoxlama oyunu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, “Vidzev” Lex şəhərini təmsil edən “Qurnik” komandasına böyük hesabla uduzub 0:3. Hər üç topu ehtiyatda qalan R.Məcidovun əsas heyətə düşmək uğrunda rəqibi Bartoş Fabinyak buraxıb. Bu yoxlama görüşü ilə ikinci dövrəyə hazırlığını başa vuran “Vidzev” klubunu həftəsonu çempionatda sınaq gözləyir. Polşanın yüksək liqasında üç aylıq fasilə başa çatdığından həmyerlimizin komandası martın 3-də səfərdə “Qroklin” ilə görüşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR