Bank Of Baku

Polşa millisinin hücumçusu Matey Juravski Azərbaycan yığmasına qarşı oynamayacaq

Polşa millisinin hücumçusu Matey Juravski Azərbaycan yığmasına qarşı oynamayacaq
# 28 fevral 2007 13:37 (UTC +04:00)
Futbol üzrə Polşa yığması martın 24-də Varşavada Azərbaycanın milli komandası ilə oyuna itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Polşa yığmasının hollandiyalı baş məşqçisi Leo Beenhaker millimizlə görüş öncəsi dörd futbolçunun xidmətindən məhrum olub. Rəqibimizin əsas hücumçuları olan Matey Juravski ilə Tomas Şaqanovski zədə problemi ilə üzləşib. Qriqori Rasyak hazırda yaxşı formada olmadığından yığmamızla oyuna dəvətlilər sırasında olmayacaq. Radoslav Matusyakın da millimizlə oyunda iştirak edə bilməməyi Polşa yığmasının hücum xəttini xeyli zəiflədib.
Qeyd edək ki, 2005-ci ilin iyunun 4-də Bakıda Azərbaycan yığmasının Polşaya 0:3 hesablı məğlub olduğu oyunda son qolun müəllifi Matey Juravski olub.
/APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR